122 saat sonra 70 yaşlı qadın dağıntıdan sağ çıxdı

122 saat sonra 70 yaşlı qadın dağıntıdan sağ çıxdı
Türkiyənin Kahramanmaraş şəhərində 70 yaşlı Menekşe Tabak adlı qadın 122 saat sonra dağıntlar altından xilas edilib. 
Bu barədə “TRT Haber” məlumat yayıb. 
Qadın dağıntılar altından çıxarılarkən “Dünya var?” deyə soruşub.  Xilasedicilər ona “Dünya var, xala, gəl!”- deyə cavab veriblər. 
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb, 91 511 nəfər isə yaralanıb. 
Gundelik-Baku.Org