Türkiyədə 15 yaşlı futbolçu zəlzələdə öldü

Türkiyədə 15 yaşlı futbolçu zəlzələdə öldü
Türkiyənin “Hatayspor” klubunun qızlardan ibarət komandasının futbolçusu Verda Demetgül zəlzələ nəticəsində həyatını itirib. 
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 15 yaşlı oyunçunun cəsədi dağıntılar altından çıxarılıb. 
Daha əvvəl "Kahramanmaraş İstiklalspor"da çıxış edən Hakan Doğan, Taner Kahriman və Saruhan Bolat da zəlzələdə həlak olub. 
Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 18 342 nəfər həlak olub, 74 242 nəfər yaralanıb. 
Gundelik-Baku.Org