Körpənin sayəsində ailə üzvləri də dağıntılar altından çıxarıldı

Körpənin sayəsində ailə üzvləri də dağıntılar altından çıxarıldı
Hatayda dağıntılar altından 1,5 yaşlı körpə Sela Elbarazi və ailəsi 96 saatdan sonra sağ-salamat çıxarılıb.
Pendik Bələdiyyəsi Axtarış Qurtarma Qrupları dağıntılar altından körpənin səsinni eşidiblər. Beləliklə, qruplar ərazidə axtarış-xilasetmə işlərini sürətləndiriblər. 
Elbarazi ailəsinin 4 üzvü və körpə dağıntılar altından xilas edilib.  Sela Elbarazi həkim briqadasına təhvil verilib.
Gundelik-Baku.Org