Ərdoğan 19 mindən çox insanın öldüyünü açıqladı - Yenilənib

Ərdoğan 19 mindən çox insanın öldüyünü açıqladı - Yenilənib
Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 18 mini ötüb.
Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) xəbər verir ki, ölənlərin sayı 18 342 nəfərə çatıb.
Yaralıların sayı isə 74 242 nəfərə yüksəlib.
***
Adıyamana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdə ölənlərin sayının 18 991-ə, yaralıların sayının isə 75 523 nəfərə çatdığını açıqlayıb.
***
Zəlzələ nəticəsində həlak olanların sayı 19 mini ötüb.
Malatyada açıqlama verən Türkiyə Prezidenti Ərdoğan ölü sayının 19 388-ə, yaralıların sayının isə 77 711-ə çatdığını bildirib.
Gundelik-Baku.Org