6 yaşlı uşağı xilas etmək üçün 5 metrlik tunel qazıldı

6 yaşlı uşağı xilas etmək üçün 5 metrlik tunel qazıldı
Türkiyədə baş verən zəlzələ nəticəsində yaranan dağıntılar altından insanların xilas edilməsi üzrə işlər davam edir. 
Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altında 45 saat qalmasına baxmayaraq daha bir uşaq sağ olaraq xilas edilib. 
Belə ki, 6 yaşlı Abdullahı xilas etmək üçün 5 metrlik tunel qazılıb. 
Onun sağlamlıq durumu yaxşıdır, ailəsini tapmaq üçün həmin binada xilasetmə-axtarış işləri aparılır. 
Gundelik-Baku.Org