İsraildə sinaqoq yaxınlığında terror törədənin kimliyi məlum olub - YENİLƏNİB

İsraildə sinaqoq yaxınlığında terror törədənin kimliyi məlum olub - YENİLƏNİB
Yerusəlimdə sinaqoq yaxınlığında terror törədən şəxs HƏMAS-ın üzvü olub.
Terrorçu Fadi Ayeş Yerusəlimin Neve Yaakov məhəlləsində ibadətdən sonra sinaqoqdan çıxan insanlara atəş açıb.
Daha sonra terrorçu avtomobilinə minərək hadisə yerindən qaçıb. Polis terrorçunu zərərsizləşdirib.
Qeyd edək ki, terror aktı nəticəsində 8 nəfər ölüb, 10 nəfər yaralanıb.
23:27
Yerusəlimdə terror aktı törədilib.
Hadisə Neve Yaakov məhəlləsində baş verib. Nəticədə 8 nəfər ölüb, 10 nəfər yaralanıb.
Terrorçu təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.
Hücumun sinaqoqda və ya onun yaxınlığında baş verdiyi bildirilir.

Mənbə: “The Jerusalem Post”
Gundelik-Baku.Org