"Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazıram" - Quterreş

"Rusiya və Ukrayna arasında vasitəçilik etməyə hazıram" - Quterreş
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş həm Kiyev , həm də Moskva tərəfindən tələb olunarsa, Ukraynadakı münaqişədə vasitəçilik etməyə hazır olduğunu bildirib.
Bu barədə baş katibin nümayəndəsi Stefan Düjarrik bildirib .
Onun sözlərinə görə, Quterreş bu niyyətini Yeni ildən əvvəl açıqlayıb.
"Baş katib hər iki tərəf istəsə, vasitəçilik etməyə hər zaman hazır olduğunu bildirib" deyən Dujarrik, baş katibin dünyada baş verən hər hansı bir münaqişə ilə bağlı da bunu deyə biləcəyini qeyd edib.
Baş katibin nümayəndəsi həmçinin Quterreş  Nyu-Yorka qayıdanda bu məsələ ilə bağlı hesabatın ona təqdim ediləcəyinə əminliyini ifadə edib.
Yanvarın 4 -də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirmişdi ki, Ukraynadakı münaqişənin həlli üçün vasitəçilik yardımı təklif edən bəzi ölkələrin öz eqoist məqsədlərini güdür və xarici siyasətdən “dividendlər” almağa çalışırlar. .
Gundelik-Baku.Org