"Tramp Şimali Koreyaya atom bombası atacaqdı"

"Tramp Şimali Koreyaya atom bombası atacaqdı"
Şimali Koreyanın son dövrdə ard-arda həyata keçirdiyi raket sınaqları bölgədə gərginliyin artmasına səbəb olarkən, yeni nüvə müharibəsi iddiası gündəmə gəlib. 
ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2017-ci ildə Şimali Koreyaya qarşı nüvə silahından istifadə etmək istəməsi iddiası ABŞ mətbuatında böyük əks-səda doğurub.
Yeni nəşr olunan “Donald Tramp və ABŞ” kitabında 2017-ci ildə ABŞ və Şimali Koreya arasında qarşıdurmanın nüvə müharibəsi ərəfəsində olduğu bildirilib. “New York Times” qəzetinin yazdığına görə, Tramp həmin vaxt müşavirləri ilə görüşlərdə Şimali Koreyaya nüvə silahı ilə zərbə endirmək planını dəfələrlə gündəmə gətirib. Qeyd olunub ki, ABŞ-ın o vaxtkı daxili təhlükəsizlik naziri Con Kelli “Şimali Koreyaya atom bombası atmaq və günahı başqa ölkənin üzərinə atmaq” ideyası ilə çıxış edən Trampı ruhdan salmaq üçün böyük səy göstərib. Kellinin Trampın planından dəhşətə gəldiyinə dair məlumatların yer aldığı kitaba görə, Kelli Trampa deyib ki, Şimali Koreya atom bombası ilə vurularsa, ABŞ-a haqq qazandırmaq demək olar ki, mümkün olmayacaq.
Gundelik-Baku.Org