İstirahətə gedən Ukrayna baş prokurorunun müavini işdən çıxarıldı

İstirahətə gedən Ukrayna baş prokurorunun müavini işdən çıxarıldı
Ukrayna baş prokurorunun müavini Aleksey Simonenko tutduğu vəzifədən azad edilib. 
Bu barədə deputat Yaroslav Jeleznyak özünün "Telegram" kanalında məlumat verib.
Jurnalist Mixail Tkaç məlumat vermişdi ki, Simonenko bu qış 10 gün İspaniyada dincəlib. Onun həyat yoldaşı istirahət yerindən fotoları "İnstagram"da yayımlayıb.
"Ukrayna prezidenti Volodimir Zelenskinin müharibə zamanı siyasətçilərə və məmurlara xaricdə istirahət etməyi qadağan etməsinə baxmayaraq Simonenko Marbellaya gedib", - jurnalist qeyd edib. 
Gundelik-Baku.Org