Ukrayna 1 620 yaşayış məntəqəsini ruslardan AZAD ETDİ

Ukrayna 1 620 yaşayış məntəqəsini ruslardan AZAD ETDİ
Ukrayna Silahlı Qüvvələri artıq 1620 yaşayış məntəqəsini ruslardan azad edib.
Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko məlumat verib.  
"Bu gün mühüm bayramdır - Ukraynanın Müdafiəçiləri Günü. Bütün ölkə tərəfindən hörmət edilən və şücaətləri bütün dünyada eşidilən Qəhrəmanlar Günü. Mən Ukraynanı müdafiə edən hər kəsi təbrik edirəm. Onlar Ukrayna uğrunda canlarını verdilər. Sizin sayənizdə onlar artıq 1620 yaşayış məntəqəsini rus işğalçılarından azad ediblər”, - deyə Timoşenko bildirib.
Gundelik-Baku.Org