"1300-dən çox əsir əsgərimiz azad edilib" - Zelenski

"1300-dən çox əsir əsgərimiz azad edilib" - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ümumilikdə 1300-dən çox Ukrayna hərbçisinin rus əsirliyindən azad edildiyini açıqlayıb.
Bu  barədə Zelenski "Telegram" hesabında paylaşdığı videomüraciətdə deyib.  
Dekabrın 1-də Rusiya ilə etdikləri əsir mübadiləsi ilə 50 Ukrayna hərbçisinin evlərinə qayıtdığını qeyd edən Zelenski, indiyədək ümumilikdə 1300-dən çox ukraynalının Rusiya əsirliyindən azad edildiyini bildirib.
"Gəlin onların hamısını geri qaytaraq. Bütün Ukrayna azad olacaq. Bütün ukraynalılar evdə olacaq", - Zelenski bildirib.
Gundelik-Baku.Org