"Zelenski ABŞ-a getdi" - KİV (YENİLƏNİB)

"Zelenski ABŞ-a getdi" - KİV (YENİLƏNİB)
Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtona gedib. 
Bu barədə CNN məlumat dərc edib. 
Bu, Ukrayna liderinin Rusiya xüsusi əməliyyatı başlayandan bəri ilk xarici səfəridir. Məlumata görə, Ukrayna lideri ABŞ-dan olan həmkarı Cozef Baydenlə də görüşəcək. 
O, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senatının birgə iclasında çıxış etmək niyyətindədir. Bununla belə, Aşağı Palatanın spikeri Nensi Pelosi prezidentin Kapitoliyə mümkün səfərini təsdiqləməyib və onun belə bir məlumatı olmadığını bildirib.
Zelenskinin gəlişini BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik də şərh edib. O qeyd edib ki, prezidentin təşkilatın Nyu-Yorkda yerləşən mənzil-qərargahına mümkün səfəri barədə məlumatı yoxdur.

xxx
09:19
Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəsində müharibə başlayandan bəri ilk xaricə səfərini bu gün ABŞ-a edəcəyi açıqlanıb.
ABŞ mətbuatında yer alan məlumata görə, Zelenski dekabrın 21-də (bu gün) ABŞ Konqresinin birgə iclasında iştirak etmək və Ağ Evdə ABŞ prezidenti Cozef Baydenlə görüşmək üçün Vaşinqtona gedəcəyi gözlənilir. 
Bəzi mənbələr səfərin təsdiqlənmədiyini və təhlükəsizlik şəraitindən asılı olacağını bildirib.
Gundelik-Baku.Org