ABŞ rəsmiləri Kiyevə getdi

ABŞ rəsmiləri Kiyevə getdi
ABŞ dövlət katibinin müavini Vendi Şerman və müdafiə nazirinin müavini Kolin Koul Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevdədir.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. 
"Dövlət katibinin müavini Şerman, milli təhlükəsizlik üzrə müşavirin müavini Con Fayner və dövlət katibinin müavini Koul ABŞ-ın dəstəyini bir daha təsdiqləmək üçün prezident Zelenski, Prezident Aparatının üzvləri və yüksək rütbəli Ukrayna rəsmiləri ilə görüşmək üçün Kiyevə gediblər", - deyə məlumatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, Şerman və nümayəndə heyətinin digər üzvləri artıq Ukraynanın baş naziri Denis Şmıqa və müdafiə naziri Aleksey Reznikovla danışıqlar aparıblar.
Gundelik-Baku.Org