Zelenskini Almaniyada “Kiçik Napoleon” adlandırdılar

Zelenskini Almaniyada “Kiçik Napoleon” adlandırdılar
“Güzəştə getmək əvəzinə qələbə əldə etmək istəyən Ukrayna lideri Volodimir Zelenski “2022-ci ilin kiçik Napoleonu”dur”.
Bu fikri Reynhard Lauterbax adlı jurnalist “Junge Welt” üçün yazdığı məqalədə qeyd edib.
Almaniyadan olan müəllifin fikrincə, Ukrayna prezidenti qələbəni NATO-nun köməyi ilə qazanmaq niyyətindədir.
“Onun itirəcək heç nəyi yoxdur: danışıqlar yolu ilə əldə edilən sülh onun üçün siyasi və hətta fiziki ölüm demək olardı”, - deyə o vurğulayıb.
Jurnalist hesab edir ki, buna görə də Zelenski öz oyununu oynayır, bu oyundakı “stavka” isə  bütün dünyadır. Qərb də onu bu işə həvəsləndirir.
Mənbə: Lenta.ru
Gundelik-Baku.Org