Rusiyada nazir müavini Krım körpüsünə görə işdən çıxarıldı

Rusiyada nazir müavini Krım körpüsünə görə işdən çıxarıldı
Rusiyada nəqliyyat nazirinin müavini Aleksandr Suxanov vəzifəsindən azad edilib. 
Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin qərar imzalayıb. 
Suxanovun öz xahişi ilə tutduğu vəzifədən azad edildiyi bildirilir. 
"Aleksandr Viktoroviç Suxanov öz xahişi ilə Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilsin", - sənəddə qeyd olunub.
Gundelik-Baku.Org