Əlcəzairdə helikopter qəzası - Ölənlər var

Əlcəzairdə helikopter qəzası - Ölənlər var
Əlcəzairin şimalında “Mi-171” helikopteri qəzaya uğrayıb.
Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində biri polkovnik olmaqla üç hərbçi həlak olub.
Qəza zamanı helikopter planlı təlim uçuşu həyata keçirib. Hadisənin səbəb və şəraitinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.
Gundelik-Baku.Org