Yaponiya öz ərazisində ukraynalı istehkamçıların təliminə başlayır

Yaponiya öz ərazisində ukraynalı istehkamçıların təliminə başlayır
Ukrayna istehkamçıları yanvarın 22-dən Kiyevə hərbi yardım çərçivəsində Yaponiyada təlimlərə başlayacaqlar. 
Bu barədə yanvarın 20-də “Kyodo” agentliyi öz Tvitter səhifəsində məlumat yayıb. Qeyd olunur ki, yaxın vaxtlarda Tokio da Ukrayna Silahlı Qüvvələrinin istehkamçılarının təlimini davam etdirmək üçün öz mütəxəssislərini Polşaya göndərəcək. Bundan əlavə, Yaponiya tərəfi Kiyevə 4 mina detektoru verəcək və onlardan istifadəyə dair təlimat verəcək.
Gundelik-Baku.Org