"Fevralın 24-dən əvvəl Ukraynaya gedəcəm" - Meloni

"Fevralın 24-dən əvvəl Ukraynaya gedəcəm" - Meloni
İtaliyanın baş naziri Giorgia Meloni Rusiya ilə müharibənin davam etdiyi Ukraynanın paytaxtı Kiyevə gedəcəyini bəyan edib.
Bu  barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.
Bildirilir ki,  oktyabrın 22-də vəzifəsinin icrasına başlayan baş nazir Giorgia Meloni ilin ilk mətbuat konfransını keçirib.
Meloni Ukrayna - Rusiya müharibəsinin ildönümü olan fevralın 24-dən əvvəl Kiyevə gedəcəyini açıqlayıb.
Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığına toxunan Meloni deyib ki, o, Kiyevə getdiyini Zelenskiyə də deyib.
Gundelik-Baku.Org