İranda baş verən zəlzələdə 120 nəfər xəsarət alıb

İranda baş verən zəlzələdə 120 nəfər xəsarət alıb
İranın Xoy şəhərində baş verən zəlzələdə 120 nəfər xəsarət alıb. 
İran KİV-ləri xəbər verir ki,  5,4 ballıq zəlzələ 200 evə ziyan vurub. 
Qızıl Aypara Yardım və Xilasetmə Təşkilatının əməliyyatlar üzrə müavini Morteza Moradipur bildirib ki, zəlzələdən təxminən 20 dəqiqə əvvəl eyni ərazidə yerin səthindən 13 kilometr dərinlikdə 3,6 bal gücündə forezəlzələ baş verib. 
Gundelik-Baku.Org