İndoneziyada zəlzələ oldu

İndoneziyada zəlzələ oldu
İndoneziyanın Qərbi Yava əyalətində 5 bal gücündə zəlzələ baş verib.
Bu  barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bildirilir ki, 5 bal gücündə zəlzələnin Qərbi Yavanın paytaxtı Bandunq yaxınlığında,  67,9 kilometr dərinlikdə baş verib.  
Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Gundelik-Baku.Org