Yaponiyada güclü zəlzələ oldu

Yaponiyada güclü zəlzələ oldu
Yaponiyanın paytaxtı Tokionun cənubunda yerləşən Oqasavara adasında 6,1 bal gücündə zəlzələ baş verib.
Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Oqasavara şəhərinin qərb sahilində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
400 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra “nəhəng dalğa” xəbərdarlığı verilməyib.
İnzibati cəhətdən Tokioya bağlı olan Oqasavara adası paytaxtdan 1000 kilometr cənubda yerləşir.
Gundelik-Baku.Org