Baş verən güclü zəlzələdən sonra, sunami xəbərdarlığı - YENİLƏNİB

Baş verən güclü zəlzələdən sonra, sunami xəbərdarlığı - YENİLƏNİB
İndoneziyada baç verən zəlzələnin 7,2 bal gücündə olduğu dəqiqləşdirilib. 
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. 
Təbiət hadisəsinin episentri yerin 48 kilometr dərinliyində qeydə alınıb. 
Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. İtkilər barədə hələ də məlumat verilməyib. 

xxx
08:44
İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.
Məlumata əsasən, zəlzələnin episentri təxminən 144 min nəfər əhalisi olan Qorontalo şəhərindən 77 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 145 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Gundelik-Baku.Org