İran Rusiya qırıcılarını yazda alacaq

İran Rusiya qırıcılarını yazda alacaq
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydəri bildirib ki, ölkəsi Rusiyadan sifariş etdiyi Su-35 qırıcılarını gələn ilin əvvəlində alacaq.
Beləliklə, bu təyyarələr İrana 2023-cü il martın 21-də qeyd olunacaq 1402-ci ilin əvvəlində çatdırılacaq.
Heydəri həmçinin bəyan edib ki, Tehran Rusiyadan bir sıra digər hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri, raket sistemləri və helikopterlər sifariş edib ki, onların da böyük hissəsi yaxın vaxtlarda İrana tədarük ediləcək.
Mənbə: gazeta.ru
Gundelik-Baku.Org