Buxarestdə NATO-nun sammiti başladı

Buxarestdə NATO-nun sammiti başladı
NATO-nun xarici işlər nazirləri Buxarestdə bir araya gəliblər. İclasda Rusiyanın Ukraynaya hücumun dəf edilməsində Ukraynaya yardımın gələcək forma və ölçülərini müzakirə edilib. 
Bu barədə BBC məlumat yayıb. 
İclası açan NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO öz ərazisinin hər metrini işğaldan qorumağa hazır olacaq. 
O vurğulayıb ki, alyans “bu münaqişədə iştirak etmir”, lakin onun üzvləri Ukraynaya “görünməmiş dəstək” verir ki, ölkə özünü Rusiyadan qoruya bilsin.
ABŞ dövlət katibi Entoni Blinkenin Macarıstanın paytaxtında keçiriləcək sammit çərçivəsində Ukraynaya “əhəmiyyətli” maliyyə yardımı edəcəyini açıqlayacağı gözlənilir. NATO sammitində həmçinin hava hücumundan müdafiə sistemləri, döyüş sursatı, yanacaq, dərman və qış texnikası da daxil olmaqla hərbi yardımın artırılması müzakirə olunacaq.
Gundelik-Baku.Org