Macarıstanda sılahlı şəxs polislərə hücum etdi

Macarıstanda sılahlı şəxs polislərə hücum etdi
Macarıstanda bıçaqla silahlanmış şəxs üç polisi yaralayıb, onlardan biri həyatını itirib.
Belə ki, Budapeştdə bir nəfər qapını döyərək mənzilə daxil olmaq istəyib. Çağırışa əsasən hadisə yerinə polislər gəliblər. Bu zaman aqressiv şəxs üç polisə bıçaqla hücum edib və küçəyə qaçıb.
Patrul polisi xəbərdarlıqdan sonra şübhəli şəxsin ayağına atəş açıb və bundan sonra onu dayandıra biliblər.
Yaralı polislərdən biri xəstəxanada ölüb. Qalanları xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Reuters
Gundelik-Baku.Org