İstanbulda qanlı olay: Haliç körpüsündə avtomobildəkilərə silahlı hücum edildi

İstanbulda qanlı olay: Haliç körpüsündə avtomobildəkilərə silahlı hücum edildi
Türkiyənin İstanbul şəhərində Haliç körpüsündə avtomobilə silahlı hücum edilib.
Hadisə nəticəsində avtomobilin arxa oturacağında əyləşən şəxs həyatını itirib, sürücünün yanındakı şəxs isə xəsarət alıb.
Sürücü maşını tərk edərək qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hücum edənlər maşını təxminən 50 metr aralıda qoyaraq qaçıblar. Hadisə yerindən 41 giliz aşkarlanıb. Fakt araşdırılır.
Hadisədən sonra Haliç körpüsünün Ədirnə istiqamətində orta yolu nəqliyyatın hərəkətinə tamamilə bağlanıb.
Mənbə: DHA

Gundelik-Baku.Org