Milli Parkın mühafizəçiləri atəşə tutuldu

Milli Parkın mühafizəçiləri atəşə tutuldu
Brakonyer Ağgöl Milli Parkının mühafizəçilərinə atəş açıb.
Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat verib.
Onun sözlərinə dediyinə görə, Milli Parkın əməkdaşları parkın ərazisində keçirilən nəzarət tədbirləri zamanı gecə saat 2 radələrində qanunsuz balıq ovlayan şəxslər müəyyən edib.
O qeyd edib ki, əməkdaşların qanuni tələblərinə tabe olmayan brakonyerlərdən biri ov tüfəngi ilə atəş açıb və ərazidən qaçıb. Hadisə zamanı xəsarət alan olmayıb, brakonyerlərdən biri saxlanılıb:
"Araşdırma zamanı saxlanılan brakonyerin Beyləqan rayon sakini Bəylər Fərzalızadə olduğu müəyyən edilib. Digər brakonyerin tapılması və hər iki təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hüquq-mühafizə orqanına müraciət olunub".
Gundelik-Baku.Org