Gəncədə kişi keçmiş arvadını bıçaqladı

Gəncədə kişi keçmiş arvadını bıçaqladı
Gəncədə kişi keçmiş həyat yoldaşını, daha sonra isə onları aralamaq istəyən şəxsi bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakinləri 1967-ci il təvəllüdlü Rəsmiyyə Bəndəliyevanın sol qolun diz nahiyyəsinin kəsilmiş yarası və 1962-ci il təvəllüdlü Məhəmməd Musayevin sol çiyin nahiyəsinin kəsilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Bəndəliyevanın keçmiş həyat yoldaşı,1966-cı il təvəllüdlü German Qocayev saxlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, G.Qocayev şəxsi münasibətlər zəmnində R.Bəndəliyeva ilə mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirib, daha sonra onları aralamaq istəyən M.Musayevi yaralayıb.
Şübhəli şəxs saxlanılaraq istintaqa təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Gundelik-Baku.Org