“Facebook” Braziliyadakı iğtişaşları dəstəkləyən paylaşımları siləcək

“Facebook” Braziliyadakı iğtişaşları dəstəkləyən paylaşımları siləcək
“Facebook” administrasiyası Braziliyanın eks-prezidenti Jair Bolsonarunun tərəfdarlarının təşkil etdikləri iğtişaşlara dəstək verən paylaşımları yığışdıracaq.
Bu barədə “Meta”nın sözçüsü Endi Stoun xəbər verib.
“Biz vəziyyəti izləyirik və siyasətimizi pozan yazıları silməyə davam edəcəyik”, - “Facebook”un sahibi olan şirkətin sözçüsü bildirib.
Xatırladaq ki, yanvarın 8-də Bolsonarunun tərəfdarları ölkənin paytaxtında aksiyalara başlayaraq, hökumət binalarında iğtişaşlar törədiblər. İlkin hesablamalara görə, iğtişaşlarda beş minə yaxın insan iştirak edib. Təhlükəsizlik qüvvələri nümayişçiləri dağıtmaq üçün tüstü bombalarından və gözyaşardıcı qaz qumbaralarından istifadə ediblər. 400-dən çox adam saxlanılıb. Braziliya Prezidenti Lula da Silva baş verənlərlə əlaqədar ölkə paytaxtında bir aylıq fövqəladə vəziyyət elan edib.
Mənbə: TASS
Gundelik-Baku.Org