"Rusiya Ukraynada 99 minə yaxın hərbçisini itirib" - Zelenski

"Rusiya Ukraynada 99 minə yaxın hərbçisini itirib" - Zelenski
Rusiya Ukrayna müharibəsində 99 minə yaxın hərbçisini itirib. 
Bu barədə Ukrayna lideri Volodimir Zelenski "Facebook"da yayımlanan videomüraciətində bildirib.
"Fikir verin, Rusiya artıq Ukraynada 99 minə yaxın əsgərini itirib. Bir neçə gündən sonra işğalçıların itkiləri 100 minə çatacaq. Nə üçün? Buna Moskvada heç kimin cavabı yoxdur", - Zelenski bildirib.
Ukrayna rəhbərinin sözlərinə görə, Kremldəki bir qrup insan səhvləri qəbul edə bilmir: "Onlar reallıqdan dəhşətli dərəcədə qorxur, amma reallıq, özlüyündə danışır".
Gundelik-Baku.Org