Ərdoğanın təyyarəsi Zəngilan aeroportuna eniş etdi - CANLI YAYIM

Ərdoğanın təyyarəsi Zəngilan aeroportuna eniş etdi - CANLI YAYIM
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb. 
R.T.Ərdoğanın olduğu təyyarə Zəngilan Hava Limanına eniş edib. 
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Zəngilan Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qeyd edək ki, bununla da Türkiyə prezidenti Zəngilan aeroportuna gələn ilk xarici dövlət başçısıdır.

Gundelik-Baku.Org