Braziliya prezidenti buna görə cərimələndi

Braziliya prezidenti buna görə cərimələndi
Braziliyanın seçki məhkəməsi Jair Bolsonaronun ifrat sağçı partiyasının prezident seçkilərinin nəticələrinə qarşı şikayətini rədd edib.
Xarici KİV xəbər verir ki, Jair Bolsonaronun partiyası az fərqlə Luiz İnasio Lula da Silvaya uduzub. Və sözügedən partiya heç bir sübut olmadan səsvermə maşınlarının ələ keçirildiyini iddia edib.  
Məhkəmə şikayətin "pis niyyətlə" edildiyini bildirib və partiyanı 4,3 milyon dollar cərimələyib. 
Bolsonaro daha əvvəl Braziliyanın elektron səsvermə sisteminin saxtakarlığa qarşı olmadığını iddia etmişdi. O, hələ də məğlubiyyətini etiraf etməyib. 
Bildirək ki, Lula yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq.
Gundelik-Baku.Org