Braziliyanın sabiq prezidentinin tərəfdarları iğtişaşlar törədiblər

Braziliyanın sabiq prezidentinin tərəfdarları iğtişaşlar törədiblər
Braziliyanın sabiq prezidenti Jair Bolsonarunun tərəfdarları paytaxt küçələrində iğtişaşlar törədiblər.
Yerli mətbuat yazır ki, etirazçılar əvvəlcə Braziliya Federal Polisinin qərargahına soxularaq, ölkənin yerli xalqlarından birinin liderinin saxlanmasına etiraz ediblər.
Polis onları dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdikdən sonra etirazçılar polis idarəsinin yaxınlığındakı avtomobilləri və avtobusları yandırıblar.
Qeyd edək ki, polis tərəfindən saxlanılan hindu lider Braziliyanın sabiq prezidenti Jair Bolsonarunun qatı tərəfdarlarındandır və oktyabrda keçirilən prezident seçkisinin nəticələrini qəbul etmir.

Mənbə: Metropoles.com
Gundelik-Baku.Org