Çavuşoğlu Pelenin dəfn mərasimində iştirak edəcək

Çavuşoğlu Pelenin dəfn mərasimində iştirak edəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əfsanəvi futbolçu Pelenin dəfn mərasimində iştirak edəcək.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Braziliyanın yeni seçilmiş prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasimində Türkiyəni təmsil edəcək Çavuşoğluna Pelenin dəfn mərasimində iştirak etməyi də tapşırıb.
Çavuşoğlu Pele üçün yanvarın 2-də Braziliyanın Santos şəhərində keçiriləcək dəfn mərasiminə qatılacaq.
Gundelik-Baku.Org