“Böyük yeddilik” xarici işlər nazirləri Ukraynaya görə toplanırlar

“Böyük yeddilik” xarici işlər nazirləri Ukraynaya görə toplanırlar
“Yeddilik” Qrupunun (G7) xarici işlər nazirləri cümə axşamı onlayn danışıqlar aparacaq.
Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, onlar Ukrayna ətrafında vəziyyətlə bağlı əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
“Dekabrın 22-də saat 21:30-dan (Bakı vaxtı ilə 16:30 – red.) xarici işlər naziri Yosimasa Hayasi G7 ölkələrinin xarici işlər nazirlərinin onlayn rejimdə keçiriləcək görüşündə iştirak edəcək. Nazirlər Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq, G7 çərçivəsində əməkdaşlığı təsdiq edəcəklər”, - deyə nazirliyin bəyanatında bildirilib.
Medianın məlumatına görə, tərəflər Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfərinin və Ağ Ev rəhbəri Co Baydenlə görüşünün nəticələri fonunda Kiyevə gələcək dəstəyi də müzakirə edə bilərlər.
Mənbə: TASS
Gundelik-Baku.Org