Bu “iPhone”lar UCUZLAŞACAQ

Bu “iPhone”lar UCUZLAŞACAQ
“iPhone 14 plus” smartfonlarının zəif satışı səbəbi ilə qiymətləri aşağı salınacaq.
Xarici media xəbər verir ki, “iPhone 14 plus”un dəyəri 899 dollar idisə, gələn il satışa çıxarılacaq “iPhone 15 plus”un qiyməti 799 dollar olacaq.
Məlumata görə, “Apple” şirkəti bu il “iPhone”ların plus versiyalarında istədiyi satışı həyata keçirə bilməyib.
Qeyd edək ki, 2023-cü ildə təqdim ediləcək “iPhone 15 Pro”, “15 Pro Max” və “15 Ultra” modelli telefonlar güclü prosessor və qabaqcıl kameraya sahib olacaqlar.
 
Gundelik-Baku.Org