Kazinoda güclü yanğın - 10 ölü

Kazinoda güclü yanğın - 10 ölü
Kambocanın Poipet şəhərində yerləşən Grand Diamond City kazinosunda güclü yanğın baş verib. 
Xarici KİV xəbər verir ki, hadisə nəticəsində azı 10 nəfər ölüb. Daha 30 nəfər yanıq və tüstüdən zəhərlənib. 
Hotelin içərisindən 400-ə yaxın insan təxliyə edilib, onların arasında əcnəbilər də var.
Gundelik-Baku.Org