Ukraynalı eks-deputat Fransada SAXLANILDI

Ukraynalı eks-deputat Fransada SAXLANILDI
Ukrayna Dövlət İstintaq Bürosunun tələbi ilə Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş deputat, “Bank” Maliyyə və Kredit ASC-nin səhmdarı Kostantin Jevaqonu elit kurort Kurşeveldə saxlayıblar.
Bu barədə Ukrayna Dövlət İstintaq Bürosunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Palata məhkəməsində Jevaqonun ekstradisiya həbsi bu günə təyin edilib. Hazırda onun Fransadan Ukraynaya ekstradisiyası üçün lazımi sənədlər paketi hazırlanır.
Bildirilir ki, cinayət işinin istintaqı çərçivəsində Jevaqo və bankın top-menecerləri 113 milyon dollar mənimsəməkdə ittiham olunurlar. 
Gundelik-Baku.Org