İstanbulda axtarışda olan krımlı jurnalist saxlanıldı

İstanbulda axtarışda olan krımlı jurnalist saxlanıldı
Rusiya Federasiyasının tələbi ilə İstanbulda Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Krım tatarlarının ATR telekanalının jurnalisti Gülsüm Xəlilovanı saxlayıblar.
Bu barədə Krım tatar xalqı parlamentinin rəhbəri Refat Çubarov, həmçinin ATR telekanalının baş direktorunun müavini Ayder Mujdabayev məlumat verib . 
"Dünən gecə İstanbul hava limanında Xorvatiyadan gəldikdən sonra Rusiya İnterpolunun tələbi ilə ATR telekanalında çalışan tanınmış Krım tatar jurnalisti Gülsüm Xəlilova saxlanılıb. Müxtəlif mənbələrdən məlum olduğu kimi, saxlanılma Rusiyanın sorğusuna uyğun olaraq İnterpol çərçivəsində həyata keçirilib", - Çubarov bildirib.
Gundelik-Baku.Org