Kiyevdə tanınmış “qanuni oğrular” SAXLANILDI

Kiyevdə tanınmış “qanuni oğrular” SAXLANILDI
Ukrayanın hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya kriminal aləmindən olan iki “qanuni oğru”nu – “Umka” və “Laşa Svanı” saxlayıblar.
Xarici KİV xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 
Şübhəli bilinən “qanuni oğrular” 2020-ci ilin dekabrından 2021-ci ilin martına qədər Ukraynada üç cinayət törədiblər. Hazırda onlar barəsində araşdırma aparılır. 
Qeyd edək ki,  “qanuni oğru” “Umka” 2014-cü ildə, “Laşa Svan” isə 1995-ci ildə tac alıb. Onlar öz “titullarını” Rusiya kriminal dünyasının yüksək səviyyəli nümayəndələrindən alıblar.
  • Kiyevdə tanınmış “qanuni oğrular” SAXLANILDI - FOTO
  • Kiyevdə tanınmış “qanuni oğrular” SAXLANILDI - FOTO

Gundelik-Baku.Org