Xaricə qaçmaq üçün özünə 3 UŞAQ ALDI

Xaricə qaçmaq üçün özünə 3 UŞAQ ALDI
Ukraynada bir vətəndaş xaricə getmək üçün özünə yalandan 3 “uşaq” sənədi alıb.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilir ki, kişi yaxın dostundan 3 min dollar qarşılığında üç oğlan övladı üçün sənədlər hazırladıb. O, Odessa vilayətinin İzmail bölgəsində sərhədi keçərkən saxlanılıb. Kişi özünü çoxuşaqlı ata kimi təqdim etsə də, onun sadəcə bir qız övladı olduğu üzə çıxıb. 
Faktla bağlı polisə məlumat verilib və cinayət işi açılıb.
Gundelik-Baku.Org