Asyanın da adından dələduzluq edildi

Asyanın da adından dələduzluq edildi
İnfluenser Asya Aslanovanın adından dələduzluq edilib.
Bu barədə o, özü instaqramda məlumat yayıb. Asya bildirib ki, onun yarışı başa çatsa da, adından istifadə edərək saxta səhifə açılıb:
“Bu səhifə saxtadır. Mənim yarışım çoxdan bitib və hədiyyələr verilib. Bildirim ki, qaliblərə yalnız mənim səhifəmdən yazılır. Belələrinə inanıb, pul atıb, sonra məndən tələb etməyin, inanmayın”. Asyanın hekayə bölməsində paylaşdığı dələduzluq edən səhifənin statusunda isə hədiyyənin çatdırılması üçün karqo və gömrük pulu istənilib.
Qeyd edək ki, daha əvvəl bənzər hadisə digər influenser Nagehan Abdullayevanın da başına gəlmişdi. Onun da adından istifadə edilərək insanlar aldadılmış, həmin şəxslər də istifadəçilərdən karqo və gömrük pulu istəmişdi. Hətta ulduz futbolçu Mahir Emrelinin şəxsiyyət vəsiqəsi də istifadəçilərə göndərilmişdi.
Gundelik-Baku.Org