Rusiyalı milyarderin İtaliyadakı villasına basqın edildi

Rusiyalı milyarderin İtaliyadakı villasına basqın edildi
İtaliyanın Forte dei Marmi şəhərində naməlum şəxslər rusiyalı iş adamı Oleq Tinkovun villasına giriblər. 
Xarici KİV xəbər verir ki, oğrular yüz minlərlə avro dəyərində olan saat və zinət əşyalarını götürüblər.  
Villada oğurluq hadisəsi noyabrın 16-dan 17-nə keçən gecə baş verib. Hadisədən ilk xəbər tutan köməkçi olub. İlkin məlumata görə, oğurluqda 3 nəfər iştirak edib. Eyni zamanda oğrular çox peşəkarcasına hərəkət ediblər - onlar bir neçə təhlükəsizlik sistemini məhv ediblər və  iki seyfi aça biliblər.
Tinkovun özü oğurluq zamanı evdə olmayıb - indi o, ailəsi ilə birlikdə Meksikadadır.
Faktla bağlı araşdırma aparılır. 
Gundelik-Baku.Org