Argentinalılar Messini prezident görmək istəyirlər

Argentinalılar Messini prezident görmək istəyirlər
Ulduz futbolçu Lionel Messi Argentina prezidentliyinə namizədliyini irəli sürərsə, ölkə əhalisinin 43,7 faizi onu dəstəkləyəcək.
Bu barədə Argentinada yerləşən “Giacobbe & Asociados” şirkətinin apardığı sosioloji sorğunun nəticələrində qeyd olunur.
Respondentlərin 37,8 faizi isə PSJ-nin hücumçusunu prezident kürsüsündə görmək istəmədiklərini dilə gətiriblər.
Rəyi soruşulan 17,5 faiz argentinalı futbolçunun namizədliyini yəqin ki, dəstəkləyə biləcəklərini bildiriblər.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının final matçında Messi fransızların qapısına iki qol vurub.
Gundelik-Baku.Org