Dünyanın ən balaca boylu kişisi azərbaycanlıdır

Dünyanın ən balaca boylu kişisi azərbaycanlıdır
Cənubi Azərbaycandan olan 20 yaşlı Afşin Qədirzadə 65,24 santimetr boyu ilə dünyanın ən qısa boylu kişisi adını alaraq Ginnesin Rekordlar Kitabına düşüb.
 
BAKU.WS xəbər verir ki, İrandan Dubaya, Ginnesin Rekordlar Kitabının ofisinə aparılan Qədirzadədən 24 saat ərzində ümumilikdə 3 dəfə ölçü götürülüb və bununla da dünyanın ən qısaboylu kişisi olub.
Bildirilib ki, 700 qram olaraq doğulan və hazırda 6,5 kiloqram ağırlığında olan Qədirzadə 2010-cu ildə 70 santimetr boyu ilə dünyanın ən qısa boylu kişisi olan Edvard Nio Hernndezdən təxminən 7 santimetr daha qısadır.
Fiziki zəifliyinə görə məktəbə gedə bilməyən Qədirzadə dünyanın ən qısa boylu kişisi kimi ad qazanmasının, yaşayış xərclərini, müalicə və dərmanlarını təmin etməkdə çətinlik çəkən ailəsinə kömək olacağına ümid edir.
O, həmçinin, dostunun verdiyi mobil telefon vasitəsilə dünya ilə əlaqə qura bildiyini, lakin savadsız olduğu üçün istifadə etməkdə çətinlik çəkdiyini bildirib.
Qədirzadə, telefon ağır olduğundan onu yanında daşıya bilmir.
Bundan başqa, balaca boylu kişi dünyanın ən uzun kişisini də tanıyır. Haqqında çox şey eşidib və ehtimal edir ki onun ovuclarına sığar.
Qədirzadə “Adım Ginnesdə yazıldığı üçün xoşbəxtəm, amma hamı kimi yaşamaq, xüsusən də avtomobil sahibi olmaq və sürmək istəyirəm”, - deyə bildirib.



Gundelik-Baku.Org