Gün boyu yatmaq istəməyin SƏBƏBİ NƏDİR?

Gün boyu yatmaq istəməyin SƏBƏBİ NƏDİR?
Sutkada 7-8 saat yatmağınıza baxmayaraq, gun ərzində də yuxunuz gəlirsə, bunun altında başqa səbəblər ola bilər. Uzun və yorğun iş saatları, rahat yata bilməmək və ya vitamin çatışmazlığı kimi hallar bu problemləri yaradan başlıca səbəblərdir. Amma bunlardan başqa, 'Hipersomniya' adlanan xəstəliyin əlamətləri bu saydığımız vərdişlərlə çox oxşardır.
Hipersomniya nədir?
Türkiyə mətbuatı xəbər verir ki, hipersomniya həddindən artıq yuxu istəyi kimi bilinən bir termindir. Bu xəstəlik əsas yuxu rejiminin 7-8 saat olmasına baxmayaraq, eyni gündə təkrarlanan yuxu mərhələlərinin baş verməsi və ya insanın daim yuxuya getməsidir.
Hipersomniya xəstələri nə qədər yatsalar da, hər zaman istirahət edə bilmədiklərindən şikayətlənirlər. Çox vaxt bu xəstəlik narkolepsiya ilə qarışdırılır. Mütəxəssislər bildirir ki, hipersomniya ilə gündüz ani yuxu tutmalarına səbəb olan nevroloji vəziyyət kimi bilinən narkolepsiya ilə qarışdırılmamalıdır. Çünki narkolepsiyada yuxu hücumları gün ərzində müxtəlif vaxtlarda meydana gəlir. Yuxunun gəlmə tezliyi pasiyentdən asılı olaraq dəyişə bilər. Bunlar, əsasən avtomobil idarə edərkən və ya hər hansı görüşmə prosesi kimi vəziyyətlərdə baş verir.
Hipersomniyada isə yuxu ani bir vaxtda gəlmir. Demək olar ki, gün ərzində daimi olaraq insan yuxulu olur. Bu xəstəlikdən əziyyət çəkənlər iş prosesində çətinlik yaşayır, tez yorulurlar və konsentrasiyaları tamamilə dağınıq olur.
Hipersomniya necə müalicə olunur?
Yaranma səbəbindən asılı olaraq müalicə növü də dəyişə bilir. Narkolepsiyada lazım olan dərmanlar hipersomniyanın müalicəsində də istifadə olunur. Bu dərmanlar pasiyentin özünü daha ayıq hiss etməsinə kömək edir.  
Ancaq onu da qeyd edək ki, müalicə edilməli olan əsas məqam yata bilməməyinizin səbəbidir. Yuxu probleminiz üçün doğru müalicəni tətbiq etdikdən sonra heç bir əlavə dərmana ehtiyac duymadan hipersomniyaya qalib gələ bilərsiniz.
Gundelik-Baku.Org