Dünyanın ən nüfuzlu qadınlarının siyahısı açıqlandı

Dünyanın ən nüfuzlu qadınlarının siyahısı açıqlandı
BBC-nin dünyanın ən nüfuzlu qadınlarının siyahısını açıqlayıb. 
Siyahıya ən nüfuzlu 100 qadınına cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri daxildir.
Reytinqdə Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya, SSRİ xalq artisti (1991), müğənni Alla Puqaçova, amerikalı müğənni Billi Eyliş, hind aktrisası Priyanka Çopra və və Selma Bleyer, venesuelalı idmançı Yulimar Roxasın adı çəkilir.
Reytinqdə həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Barbadosun ilk qadın baş naziri Mia Mottli, Yəmən Qadınlar Birliyində çalışan hüquqşünas Main Əl-Obaidi və hüquq müdafiəçisi Lina Əbu Akle də yer alıb.
BBC 10 il ərzində hər il dünyanın ən güclü 100 qadınının adını açıqlayıb.
Financial Time həmçinin hər il dünyanın ən güclü qadınlarını sıralayır. 2021-ci ildə onun tərkibinə belaruslu müxalifətçi Svetlana Tixanovskaya, aktrisa Skarlet Yohansson, General Motors-un baş direktoru Meri Barra, Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Gita Qopinat və ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi daxil idi. 
Gundelik-Baku.Org