Bal arısı zəhərinin BİLMƏDİYİMİZ FAYDALARI

Bal arısı zəhərinin BİLMƏDİYİMİZ FAYDALARI
Bal arısı zəhərindən müalicə vasitəsi kimi istifadənin tarixi qədim Misir dövrlərinə qədər gedib çıxır. 
Bu barədə yazılara qədim tibbi kitablarda da rast gəlmək olur. İndi isə arı zəhərindən xəstələrə ineksiya etməklə müalicə aparılır. Bu müalicə metodundan isə ən savadlı həkimlər istifadə edirlər. Çünki müalicə zamanı zəhərin dozası düzgün hesablanmalıdır.
Arı zəhəri iltihab əleyhinə təsirə malikdir. Bal arısının zəhərində metilin, adolapin və apamin maddələri həm yerli və həm də ümumi iltihab sorucu təsir göstərir. Bu kimyəvi maddələr sayəsində həm də orqanizmin təbii hormon miqdarında artış olur. Bu, orqanizmdən iltihabın sorulmasına yardım edir.
Arı zəhərinin ikinci gözəl xüsusiyyəti ağrıkəsici qabiliyyəti olmasıdır. Ağrını azaldır. Zəhərin tərkibindəki adolapin maddəsi təbii ağrıkəsicidir. Bəzi insanlarda arı zəhərinə qarşı allergiya olur, hətta elə insanlar var ki, onlar arı sancan kimi ölümcül hala düşürlər. Belə adamları arı zəhəri ilə müalicə etdikdə zəhəri onun orqanizminə az-az, öyrəşdirə-öyrəşdirə vururlar. Bal arısı zəhəri vasitəsilə skleroz, revmatizm, artrit, akne və digər bəzi xəstəliklər müalicə edilir.
Gundelik-Baku.Org