Qaxda 25 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ

Qaxda 25 yaşlı qadın dəm qazından ZƏHƏRLƏNDİ
Qaxda 25 yaşlı qadın dəm qazından zəhərlənib, vəziyyəti agırdır.
Qax şəhər sakini 1997-ci il təvəllüdlü Musayeva Aytac zəhərlənmə əlamətlərilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Xəstəxanada ona yardım göstərilib, vəziyyətinin ağır oldugu bildirilir.
A.Musayevanın yaşadığı mənzildə dəm qazından zəhərləndiyi ehtimal olunur.
Gundelik-Baku.Org