Kürdəmirdə 43 yaşlı qadın əməliyyatdan sonra ÖLDÜ
Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Kürdəmir rayon Prokurorluğundan verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub, həmin gün saat 12:00-da isə əməliyyat olunub.
Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat edib.
Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edir.